Ter-Petrosyan: “Bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi hesab edir”
“Bu məsələdə müttəfiqimiz yoxdur və olmayıb”.
APA TV xəbər verir ki, bu barədə Ermənistanın ilk Prezidenti Levon Ter-Petrosyan ölkəsinin İctimai Televiziyasının efirində bildirib.
O, işğal olunmuş ərazilərin daimi olaraq saxlanıla biləcəyinə dair illüziyaları absurd hesab etdiyini qeyd edib: “İndi hər şey daha mürəkkəbdir, o zaman qarşılıqlı güzəştə getmək imkanımız var idi, indi yox. Bu fürsəti itirmişik. Bizim heç bir şeyimiz yoxdur, Ermənistanın həlledici səsi yoxdur”.
Ter-Petrosyan ikinci Prezident Robert Koçaryanın Şuşa və Hadrutun geri qaytarılması ilə bağlı verdiyi vədləri təhlükəli hesab etdiyini bildirib: “Bu, problemlərə səbəb ola bilər. İndi orada Azərbaycan qoşunları var, bu, yalnız müharibə ilə mümkündür. Yəni Robert Koçaryan yeni bir müharibə vəd edir. Azərbaycanı getməyə kim məcbur edəcək? Bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi hesab edir. Heç kim Azərbaycanı qınamadı. Dünyanın qanunu budur. Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olmasına razı olmaq məcburiyyətində qalacağıq. Heç bir şey bizdən asılı deyil, hər şey bitdi”, - deyə Ter-Petrosyan qeyd edib.
DİGƏR XƏBƏRLƏR
![“Zebra”ları tapmaq üçün Afrikaya getməyə ehtiyac yoxdur](https://apa.az/storage/apa-tv/news/2024/june/28/big/667ebc1a88e61667ebc1a88e621719581722667ebc1a88e5f667ebc1a88e60.jpg)
“Zebra”ları tapmaq üçün Afrikaya getməyə ehtiyac yoxdur
![“33 il az il deyil, uşaqları gəldik burda böyütdük” – Daha 21 ailə Laçına yola düşdü](https://apa.az/storage/apa-tv/news/2024/june/28/big/667e6c1169980667e6c11699811719561233667e6c116997d667e6c116997f.jpg)
“33 il az il deyil, uşaqları gəldik burda böyütdük” – Daha 21 ailə Laçına yola düşdü
![Yol polisi postuna silahlı basqın edənlər, kilsələri və sinaqoqu yandıranlar kimlər idi? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/june/26/big/667c35ce3724b667c35ce3724c1719416270667c35ce37249667c35ce3724a.jpg)
Yol polisi postuna silahlı basqın edənlər, kilsələri və sinaqoqu yandıranlar kimlər idi? – APA TV
![Milli Qərəman Natiq Qasımovun anası və bacıları APA TV-yə danışdılar - APA TV](https://apa.az/storage/apa-tv/news/2024/june/26/big/667c3524963c2667c3524963c31719416100667c3524963c0667c3524963c1.jpg)