Tərtərdə 16 yaşlı qız qaçırıldı

# 19:26
19 yanvar 2022

Tərtərdə məktəbli qız qaçırılıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Yanvarın 11-də rayonunun Evoğlu kəndində baş verib. Kənd sakini 2005-ci il təvəllüdlü Ləman Əhmədova Ağdam rayon sakini Seymur Məmmədov tərəfindən qaçırılıb. Qızın atasının sözlərinə görə, hadisə baş verən vaxtı o evdə olmayıb: “Anam xəstədir. Müalicəsinə görə resept almaq üçün getmişdim. Ora getdim dərmanların bəzisini gec tapdım ləngidim rayonda. Həmin gün ayın 11-i. Zəng gəldi ki, bəs qızı qaçırıblar. Kim qaçırıb? Necə qaçırıb? Gəldim evə.”

Ailə üzvlərinin sözlərinə görə, qızlarının qaçmasında ailə üzvləri Ləman Əhmədovanın özündən xəbər tutublar:“Deyib ki, bibi mən getdim, mən qaçdım qaçırdılar məni. Kimdir? Haradır? Deyib Bənövşələr sakinidir, qardaşlarının adı budu, gedin maraqlanın. Mən getmədim, abırlandım ki, bir qız atası kimi getməyim ora. Qohum-əqrəba, anası da getdilər. Bənövşələr qəsəbəsində uşağı göstəriblər anasına. Əllərində əsas tutmasınlar ki, uşaq özü deyibdir. 16 yaşı var. Hələ 11-ci sinif şagirdidir. Hansı təzyiq altında o sözü deyibdir bilmirəm.”

Qızın ailəsi onu geri gətirmək çün əlindən gələni edib. Amma qarşı tərəf bunun üçün imkan yaratmayıb. Ata qızını qaçıran şəxsdən şikayətçi olduğunu bildirib: “Bunlarda orda çoxluq olub onların əlindən ala bilməyiblər. Çıxıb gəliblər. Həmin günü 102 xidmətinə yığmışam. 102 xidməti işi Tərtər rayon polis şöbəsinə yönəldib. Gəliblər izahatımı alıblar. Məsələyə aydınlıq gətiriblər məlumatları olub gediblər. Budur 8 gündür oğlanla qızın yerin tapa bilmirik.”

Qızın ailəsi iddia edir ki, onun 16 yaşında olan yeniyetmə qızı aldadılaraq, qaçırılıb.  Övladlarının ali məktəbə hazırlaşdığını və belə bir fikrinin olmadığını bildirirlər. “Qızı gördüm. Qız mənə dedi ki, özüm gəlmişəm. Onu dedi. Dedi, amma, o uşaqdır. Bir sürü də adamı yığıblar bizim arxamızca biz içəri girdik qapını tez bağladılar. Qız da mənə o sözü dedi. Sonra hamı dedi ki, day uşaq bunu deyir gəlin çıxın gedin. Mənə köməklik edin. 16 yaşında fakt sübutlarla.”

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan isə bildirildi ki, Tərtər Rayon Polis Şöbəsinə 2005-ci il təvəllüdlü qızın qaçırılması ilə bağlı müraciət daxil olub. İlkin araşdırmalar zamanı qızın 16 yaşını tamamladığı və ailə qurmaq məqsədi ilə öz istəyinə əsasən getdiyi müəyyən edilib. Hazırda Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.

Elgün Gəncimsoy, APA TV, Tərtər.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR