Tərtərdə minaya düşən şəxs kimdir?
Tərtərdə qoyun otaran şəxsin minaya düşməsi ilə bağlı təfərrüatlar məlum olub.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Tərtər rayonunun Həsənqaya kəndi ərazisində kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan 46 yaşlı Elnur Həsənov piyada əleyhinə mina partlaması nəticəsində ağır dərəcəli bədən xəsarətləri alıb.
Goranboy rayon sakini olan Elnur Bərdə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Yaralının hər iki ayağının aşağı hissəsi travmatik amputasiya olunub.
Faktla bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu