Tərtərdə mülkü şəxs minaya düşüb
Tərtərdə bir nəfər mülkü şəxs minaya düşüb.
Hadisə rayonunun işğaldan azad olunmuş ərazisində qeydə alınıb. Rayon
sakini 34 yaşlı Yaquar Hadiyev minaya düşərək müxtəlif dərəcəli bədən
xəsarətləri alıb. Hadıyev Yaquar xəstəxanaya yerləşdirilib və sol ayağı amputasiya edilib. Hazırda vəziyyəti orta ağırdır.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) bu gün Tərtər rayonunda baş verən mina hadisəsi barədə əlavə məlumat yayıb.
ANAMA bir daha vətəndaşlara müraciət edərək məsuliyyətli davranmağa, icazəsiz səfərlərdən çəkinməyə, təhlükəli və şübhəli ərazilərə daxil olmamağa, rastlaşdıqları naməlum əşyalara toxunmamağa çağırıb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu