Tərtərdə qaydaları pozan 11 sürücü barəsində protokol tərtib olunub
Tərtərdə qaydaları pozan 11 sürücü barəsində protokol tərtib olunub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun müxtəlif ərazilərində təşkil olunan reyd zamanı yol polisi əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıb ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etməlidirlər. Yalnız bundan sonra həmin avtomobillərdən istifadə edə bilərlər.
Bundan başqa, yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması istiqamətində də tədbirlər görülüb. Tərtər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi Muşviq Əliyevin sözlərinə görə, avtomobilin işıq cihazlarından, yəni dönmə siqnallarından düzgün istifadə etməyən sürücülər haqqında protokol tərtib olunub və ya onlara xəbərdarlıq edilib.
Eyni zamanda, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə xüsusi karantin rejimi qaydalarına riayət edilməsi məqsədilə rayon ərazisində nəzarət-profilaktik və maarifləndirmə tədbirləri də davamlı olaraq həyata keçirilir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu