Tərtərdə toy məclisi təşkil edənlər müəyyən edilib
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA TV-yə verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun Dəmirçilər kəndində kənd sakini İlqar İsmayılovun özünə məxsus fərdi yaşayış evində toy məclisi təşkil etdiyi müəyyən edilib.
Məclisin təşkilatçısı İ. İsmayılov və daha 2 nəfər barəsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokollar tərtib olunaraq cərimə ediliblər.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri