Texniki baxışa cərimə olunmadan necə getmək olar? - APA TV

# 10:10
13 sentyabr 2022

Hər bir avtomobil ildə bir dəfə olmaqla, texniki baxışdan keçir. Lakin bəzi sürücülər texniki baxışa gedən zaman radara düşür, cərimə olunurlar.


Yəni sürücü cəriməni ödəyir, olduğu nöqtədən avtomobili texniki baxışın keçirildiyi yerə sürür. Bu zaman bütün cərimələri ödəsə də, radarlar həmin avtomobili texniki baxışdan keçməmiş minik vasitəsi kimi görür, avtomatik olaraq sistemə ötürürlər.
Samirə Qurbanova da həmin sürücülərdən biridir.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə şöbəsinin inspektoru Toğrul Nəsirli bildirib ki, avtomobilin texniki baxışının bitdiyi barədə məlumatlar hər bir sürücüyə göndərilir. Lakin texniki baxışdan keçmək üçün sürücüyə müəyyən vaxt verilir: “Bütün sürücülərə qanunla 20 gün müddətində vaxt verilir ki, avtomobilini texniki baxışdan keçirə bilsin. Bir daha bütün sürücülərdən xahiş edirik ki, vaxtında texniki baxışdan keçsinlər”.

Toğrul Nəsirlinin sözlərinə görə, Baş Dövlət Yol Polisi hər bir sürücünü vaxtında məlumatlandırır. Bu məlumatlandırma isə sms bildirişlə olur. Bu zaman isə bütün məsuliyyət mobil operator provayderlərin üzərinə düşür. 

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynovov deyir ki, sürücülər yaranmış problemindən çıxış yolu kimi maşını texniki baxışa evakuatorla apara bilərlər.

Evakuatorların şəhər içi gedişi isə təxminən 20 manat təşkil edir.

 

Semral Cavad
APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR