Tibb məntəqəsi köhnə klubda, aptekin yerində isə bərbərxana-bura Masallıdır

# 18:26
17 may 2022

Masallı rayonunun Banbaşı, Böyük Xocavar və Binə Xocavar kəndlərinin sakinləri canlarının qayğısına qalmaq üçün həyatlarını təhlükəyə atmalı olurlar.

 

Sakinlərin APA TV-nin yerli bürosuna verdiyi məlumata görə, kənddəki həkim məntəqəsi qəzalı vəziyyətdədir. Vəziyyət o yerə gəlib çatıb ki, sağlamlıq ocağının özünü sağaltmaq lazımdır - həkimlər var, amma müalicə etməyə imkan yoxdur. Çünki bura 1950-ci illərdə tikilib və bələdiyyənin balansında olan, istismar müddəti bitmiş klubun binasında yerləşir. Banbaşı, Böyük Xocavar və Binə Xocavar olmaqla 3 kəndə xidmət edən həkim məntəqəsinin divarları çatlayıb. Bina şəraitsiz olduğundan antisanitar vəziyyət də baş alıb gedir.

 

Sakinləri narahat edən digər çatışmazlıq kənddə aptekin olmamasıdır. Əslində köhnədən qalan aptek binası var, amma bir tərəfi bərbərxana kimi fəaliyyət göstərir. Kənd sakinlərinin sözlərinə görə, xəstəsi olan dərman almaq üçün 10 km uzağa, şəhərə gedirlər. Bu qədər şəraitsizliyin fonunda aidiyyəti üzrə maraqlandıq ki, Böyük Xocavar kəndinin həkim məntəqəsinin aqibəti necə olacaq?

 

Eşqin Əliyev əlavə olaraq bildirdi ki,  aidiyyəti üzrə müraciət edilib və vəsait ayrılan kimi Böyük Xocavar kəndinin ambulatoriya problemi öz həllini tapacaq.

 

Tural Kərimov

Rövşən Əzimov

APA TV. Masallı

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR