Tikintisinə rəy verilmədi, amma pul verildi - Məşhur keçidi kim tikmişdi, kim sökür?

# 19:27
28 mart 2023

“Koroğlu Rəhimov küçəsində icazəsiz tikilən yerüstü piyada keçidi sökülür.İlkin məlumata əsasən, Şəhərsalma və Arxitektura Komitəsi keçidin sökülərək, ərazinin əvvəlki vəziyyətinə qaytarılması üçün aidiyyəti orqanlara müraciət edib. Ümumiyyətlə keçidin tikilməsinə nə qədər pul xərclənib, qanunsuz idisə aidiyyatı qurumlar tikintisinə niyə  icazə vermişdi ki, indi də  sökülür və s. Bax bu suallara cavab tapmağa çalışacağıq”.

Hə, əvvəlcə deyək ki, sözügedən keçidin tikintisi sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olmuşdu. Belə bir keçidə ehtiyac olmadığını deyənlərin sayı kifayət qədər idi. İndi də sökülməsi müzakirə edilir.

Ümumiyyətlə, qanunsuzdursa, lazımsızdırsa, niyə tikintisinə əvvəlcədən icazə verilirdi? Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən sualımıza cavab olaraq bildirildi ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və Nərimanov Rayon İcra Hakimiyyətinə məktublar göndərilib.

 

Elə Bakı Nəqliyyat Agentliyindən də sorğumuza cavab olaraq bildirildi ki, keçidin bu ərazidə tikilməsinə sözügedən qurum tərəfindən rəy verilməyib. Amma buna baxmayaraq AAYDA keçidi inşa edib.

 

AAYDA-nın məsələ ilə bağlı açıqlaması isə belə oldu.  

 

Bunu bildik, amma bu bizim “Piyada keçidinin tikintisinə və sökülməsinə nə qədər vəsait xərclənib” sualımızın cavabı deyil. Üstəlik keçidin məhz deyilən səbəbdən sökülməsi də bir az şübhə doğurur. Həm tikinti, həm də söküntü işləri üçün ayrılan vəsaitin gizlədilməsi isə şübhələri daha da artırır.

Axı bu keçidin tikintisinə qərar verənlər, yolda piyadaların keçidi üçün nəzərədə tutulmuş zolağın olduğunu bilirdilər.

 

İndi gözləyək görək, heç bir təhlükəsizlik qaydalarına əməl olunmadan sökülən keçidi aidiyyəti qurumlar daşıyıb şəhərin harasına yapışdıracaqlar?..

 

 

AYTƏN SAKİTQIZI

FARİZ QULUYEV

APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR