TikTok-da paylaşım edən "hərbçi" qadın saxlanıldı - APA TV
Sosial şəbəkələrdə hərbi qulluqçu adından paylaşımlar edən Salyan rayon sakini polis əməkdaşları tərəfindən müəyyən edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA TV-yə bildirilib ki, özünü Hərbi Polis əməkdaşı olaraq hərbi geyim formasından və fərqlənmə nişanlarından istifadə edərək müxtəlif zabit rütbələri ilə “Gülər Məmmədova” adı altında “hərbi226” hesabından paylaşımlar edən 1992-ci il təvəllüdlü (şərti adı) R.B barəsində protokol tərtib olunub. Həmin şəxsin əməlində İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə müvafiq olaraq, hərbi qulluqçuların fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımanın tərkib əlamətləri olduğuna görə toplanmış materiallar məhkəməyə göndərilib. R.B-nın evində olan hərbi təyinatlı geyim dəstləri aşkar olunaraq götürülüb. Onunla polis əməkdaşları tərəfindən fərdi-profilaktik söhbətlər aparılmaqla, əməlin hüquqazidd olması onun və ailə üzvlərinin diqqətinə çatdırılıb.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı