“TikTok”da videopaylaşdığı üçün İŞDƏN ÇIXARILDI
Dünyanın ən böyük şirkətlərindən biri “Apple” işçisini “TikTok”da video paylaşdığına görə işdən çıxarıb.
APA TV Lent.az-a istinadən xəbər verir ki, şirkətin marketinq departamentində çalışan Nylah Bun adlı gənc qız videosu sosial şəbəkələrdə gündəm olduqdan sonra işini itirib.
Belə ki, Bun “TikTok”da videosunu “Texnologiya sahəsində işləyən qaradərili qızın həyatından bir gün” adı altında paylaşıb. O, görüntülərdə şirkət daxilində heç bir gizli məlumatı paylaşmayıb, hər hansı hadisəni açıqlamayıb. Video sadəcə “Apple”dakı ofisində lentə alınıb.
O bildirib ki, bunu sadəcə qaradərili qadınlara dəstək məqsədi üçün paylaşıb. Belə qadınların da bu cür karyera qura biləcəklərini göstərməyə çalışıb.
Qeyd edək ki, şirkətdə bu ilk belə hadisə deyil. Daha əvvəl işçilərdən biri “TikTok”da video paylaşdığı üçün işdən qovulacağı ilə hədələnmişdi.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib