“TIR” "Kamaz"ın zərbəsinə dözə bilmədi - 200 metr sürüşdü
Masalıda Dağıstan vətəndaşı qəzaya düşüb. Hadisə gecə saatlarında Ələt - Astara magistralının 131 km - də Masallı rayonu ərazisində qeydə alınıb. Belə ki, Dağıstan vətəndaşı 33 yaşlı Maqomedsadiq Xasmamodovic Ahayev idarə etdiyi "TIR" markalı yük avtomobili ilə, hərəkətdə olan "Kamaz" markalı yük avtomobili ilə toqquşub. Nəticədə "TIR" yük maşını 200 m qədər sürüşüb və hər iki yük maşını yol kənarına düşüb. "TIR" - ın sürücüsü Maqomedsadiq Ahayev sıxılmış vəziyyətdə maşında qalıb. Hadisə yerinə FHN xüsusi riskli xilasetmə qüvvələri cəlb olunub. Görülən tədbirlərdən sonra sürücü maşından çıxarılıb aidiyyəti üzrə təhvil verilib. Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib