“TIR”ı KamAz”ın üstünə çıxartdı – AĞSTAFADA DƏHŞƏTLİ QƏZA

# 19:13
30 may 2022

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazindən keçən hissəsində qeydə alınıb. Türkiyə vətəndaşı 1963-cü il təvəllüdlü Mehmet Selim Uruz idarə etdiyi “TIR” markalı yük avtomobili ötmə əməliyyatı edərkən yolun əks istiqamətinə çıxıb.

 

Bu zaman “TIR” sürücüsü qarşıdan gələn avtomobil ilə qəza törətməmək məqsədi ilə hərəkətdə olan digər “KamAz” markalı yük avtomobilinin qoşma hissəsini vurub.

 

Sürücünün idarəetməni itirməsi nəticəsində yük maşını yol kənarına aşıb.

 

Qeyd edək ki, hadisə zamanı xəsarət alan olmasa da, hər iki yük avtomobilinə ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu,

APA TV, Ağstafa

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR