Tofiq Yaqublu 4 il 3 ay azadlıqdan məhrum edildi
Nizami Rayon Məhkəməsində Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
APA TV-nin məlumatına görə, hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən Tofiq Yaqublu 4 il 3 ay müddətinə (ciddi rejimli) azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror T.Yaqublunun 4 il 6 ay müddətinə (ciddi rejimli) azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, T. Yaqublu barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə cinayət işi başlanıb.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi