“Torpaqlar özbaşına zəbt olunaraq qanunsuz tiklilər aparılır…”
Gəncədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin zona müşavirəsi keçirilib. Müşavirədə çıxış edən Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubov bildirib ki, sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq ölkədə iqtisadi potensialın əsas elementlərindən olan torpaq ehtiyatlarının səmərəli idarəetməsinin təşkili və torpaq münasibətlərinin düzgün tənzimlənməsi xüsusi əhəmiyyət kəsb edir. Zona müşavirəsində Gəncə şəhəri üzrə torpaqların elektron kadastr uçotu işlərinin nəticələri də nümayiş olunub. Sonda iştirakçıların sualları cavablandırılıb, təklifləri dinlənilib. Fuad Nazimoğlu APA TV Gəncə
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib