Tövlə anidən yandı, 39 baş heyvan TƏLƏF OLDU

# 15:33
10 dekabr 2022

Kürdəmirdə vətəndaşa məxsus tövlə yanıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Çöhranlı kəndində baş verib.

Belə ki, Əlvan Qəniyevə məxsus fermanın çardaq hissəsində anidən yanğın başlayıb. Qısa zamanda ümumi sahəsi 400 kvadratmetr olan tikilini alov bürüyüb. Yanğın zamanı tövlədə olan 39 baş iri buynuzlu heyvanın yarısı yanaraq, yarısı isə tüstüdən boğularaq tələf olub.

Hadisə yerinə Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülərək digər əraziyə keçməsinin qarşısı alınıb.

Hadisə nəticəsində ilkin hesablamalara görə, fermerə ümumilikdə 80 min manata yaxın ziyan dəyib.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.                                                    

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR