Tovuz, Gədəbəy və Qazax rayonları Türkiyəyə yardım göndərib

# 16:28
11 fevral 2023

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində zəzərçəkənlərə ölkəmizin hər yerində ümumxalq yardımı davam edir. Digər bölgələr kimi Tovuz, Gədəbəy və Qazax rayonları da bu yardım aksiyasına qoşulub.

Yardım üçün toplanan əşyalar içərisində zəlzələ zamanı xəsarət alanların müayinə və müalicəsində istifadə edilə biləcək tibbi avadanlıq və ləvazimatlar da var.

Qazax sakinləri 300 ədəd yorğan, 100 ədəd döşək, 300 ədəd yastıq, 211 ədəd elektrik qızdırıcıları, 6000 ədəd qida məhsulları, 38 çeşiddə vacib olan dərman pereparatlarını toplayaraq yük maşınlarına yükləyiblər.

Gədəbəydə toplanan yardımlar içərisində də əsasən isti geyimlər, ərzaq məhsulları,dərman pereparatları üstünlük təşklil edib.

Qeyd edək ki, Gədəbəy, Tovuz və Qazax Rayon İcra hakimiyyətlərinin xətti ilə təşkil edilən yardımlar könüllülər tərəfindən çeşidlənir, qablaşdırılır, avtomobillərə yüklənir və qardaş ölkəyə yola salınır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR