Tovuzda 15 yaşlı qızı gecə yarısı qaçırıblar?
Tovuz sakini nəvəsinin oğurlanması ilə bağlı polisə müraciət edib.
Noyabr ayının 11-də 15 yaşlı qızın qaçırılması barədə Tovuz rayon Polis Şöbəsinə müraciət daxil olub. Rayonun Qovlar şəhər sakini, 1958-ci il təvəllüdlü A.H. rayon polis şöbəsinə ərizə ilə müraciət edərək nəvəsi, 2007-ci il təvəllüdlü Gülşənin (şərti) qaçırıldığını bildirib. O, əlavə edib ki, hadisə noyabrın 11-də gecə saat 01 radələrində baş verib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA TV-nin yerli bürosuna bildirib ki, polis əməkdaşları tərəfindən dərhal təxirəsalınmaz tədbirlər həyata keçirilib və müəyyən edilib ki, Şəmkir rayon Kür qəsəbə sakini 2007-ci il təvəllüdlü A. Qasımova ( ad soyad şərtidir) Tovuz rayon sakini 1994-cü il təvəllüdlü E. Mehdiyev ilə görüşüb, könüllü şəkildə qaçıblar. Polis əməkdaşları onların yerini müəyyən edərək, azyaşlını valideynlərinə təhvil verib.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək