Tovuzda 3 qadın dəm qazından zəhərləndi

# 12:38
21 dekabr 2021

Tovuzda dəm qazından bir gündə 3 zəhərlənmə hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonunun Düz Cırdaxan kəndində 29 yaşlı Gülnar Yusifova hamam otağında dəm qazından zəhərlənib. 29 yaşlı qadın evdə tək yaşayırmış.

 

Təcili tibbi yardım maşını mənzilə gəlsə də kənd sakininin həyatını xilas etmək mümkün olmayıb.

 

Digər hadisə rayonunun Alakol kəndində qeydə alınıb. Günay Eldar qızı Quliyeva dəm qazından zəhərlənərək Tovuz Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib . Vəziyətinin qənaətbəxş olduğu bildirilir.

 

Günün üçüncü dəm qazından zəhərlənməsi ilə rayonun “avaztəpə” adlanan hissəsində qeydə alınıb. 26 yaşlı Əliyeva Ayşə Eldar qızı dəm qazından zəhərlənib. Ona da tibbi yardım göstərilib və həyatı üçün təhlükənin olmadığı bildirilir.

 

Gəncədə isə dərmandan zəhərlənmə faktı qeydə alınıb.

 

Faktlarla bağlı araşdırma aparılır. 

 

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Tovuz

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR