Tovuzda 43 yaşlı kişi bıçaqlandı
Tovuzda bıçaqlanma hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Düz Qırıxlı kəndində qeydə alınıb.
Kənd sakini, 1977-ci il təvəllüdlü Azər Rzayev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib. Müayinə zamanı 43 yaşlı kişinin 2 bıçaq yarası aldığı müəyyən edilib. Xəstə əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Araşdırmalar nəticəsində hadisənin rayonun Düz Qırıxlı kənd sakini, 1978-ci il təvəllüdü Ayaz Məmmədov tərəfindən törədildiyi müəyyən edilib və o saxlanılıb.
İlki məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Qeyd edək ki, saxlanılan şəxs əvvəllər Rusiyada məhkumluq həyatı yaşayıb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi