Tovuzda avtomobil təmiri sexi və çayxana yanıb
Tovuzda yanğın hadisəsi baş verib.
APA -TV yerli bürosunun xəbərinə görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Rayon sakini Vahid Həsənova məxsus ümumi sahəsi 400 m² olan birmərtəbəli zirzəmidən ibarət müxtəlif təyinatlı obyektin (avtomobil təmiri sexi və çayxana) 1-ci mərtəbəsində hər birinin sahəsi 30 m² olan 2 ədəd avtomobil təmiri sexinin və bitişik, sahəsi 80 m² olan çayxananın yanar konstruksiyaları yanıb. Yüksək temperaturdan hər birinin sahəsi 30 m² olan 2 ədəd avtomobil təmiri sexinin lambirdən ibarət tavanı əriyib.
Obyektin zirzəmisi və yaxınlıqda olan tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Obyekt sahibinin dediyinə görə, yanğın nəticəsində ümumilikdə, 40 min manata yaxın ziyana düşüb.
Faktla baglı araşdırma aparılır.
Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Tovuz
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi