Tovuzda avtomobilin vurduğu piyada ölüb
Tovuzda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
APA TV xəbər verir ki, hadisə rayonun Tovuzun Əlibəyli yolunda qeydə alınıb. Ələsgər Hüseyinov idarə etdiyi Kamaz markalı avtomobillə yolu keçmək istəyən 44 yaşlı Tovuz rayon Aşağı Quşçu kənd sakini Mehman Məmmədovu vurub.
Həkimlərin səyinə baxmayaraq, müxtəlif bədən xəsarətləri alan yaralı gecə saatlarında xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Tovuz rayon prokrorluğu tərəfindən araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Əfv olunanlar arasında Martin Ryan da var
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU