Tovuzda bədbəxt hadisə: 4 nəfər kanala düşdü – APA TV

# 01:35
22 oktyabr 2023

Tovuzda bədbəxt hadisə baş verib. Toydan çıxan şəxslər - rayonun Xatınlı kənd sakinləri 64 yaşlı Almaz Rüstəmova, 46 yaşlı Şirzad Əmrahov, 42 yaşlı Günel Əmrahova və 41 yaşlı İsgəndər Gülməmmədov kanalın üstündəki bəndən keçən zaman su kanalına düşüblər.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Tovuz Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi, hüquq mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadası cəlb olunub. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Bədbəxt hadisəyə səbəb ərazinin qaranlıq olması və kanalın kənarında qoruyucu məhəccərin olmaması göstərilir. Faktla bağlı araşdırmalara başlanılıb.

Fuad Nazimoğlu 

APA TV - TOVUZ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR