Tovuzda gəlin evdən niyə qaçıb? - TƏFƏRRÜATLAR

# 14:17
11 noyabr 2021

Tovuzda ana və azyaşlı oğlu itkin düşüb. Rayonun Aşağı Quşçu kənd sakini, 1993-cü il təvəllüdlü Tacirə Aslanova və onun övladı, 2016-cı il təvəllüdlü Nihat Quliyev oktyabr ayının 30-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.


APA TV çəkiliş qrupu Aşağı Quşçu kəndində Aslanovlar ailəsində olublar. Əməkdaşlarımızı itkin düşən Tacirənin həyat yoldaşı, qayınatası və az yaşlı qızı elə qapıda qarşılayıb. Ailə ilə söhbət edən zaman onlar bildirib ki, Tacirə ilə aralarında hər hansı bir söz söhbət olmayıb. Tacirə Aslanovanın qayınatası Camal Quliyev deyir ki, gəlini 1 ay bundan qabaq da çıxıb gedib ki, o zaman da atası gətirib.


Tacirə Aslanova 8 ilə yaxındır ki, Aşağı Quşçu kəndİnə gəlin köçüb. Onun bir az yaşlı qız və oğlu var. O  evdən gedən zaman özü ilə lazımlı əşyalarını və az yaşlı oğlunu aparıb. Qızını isə aparmayıb.
Tacirənin qayınatası iddia edir ki, gəlininin getməsində və harda olmasından anasının xəbəri var, amma bunu bizdən gizlədirlər. O qeyd edib ki, Tacirənin anası qızının bizdən  ayrı olmasını istəyir.


Baş verən hadisə ilə bağlı rayonun Kirən kəndində yaşayan Tacirə Aslanovanın ailəsi ilə telefonla  əlaqə saxladıq. Anası Aynaz İmanova şifahi olaraq bildirdi ki, onun qızı  ər evində  dəfələrlə işgəncələrə məruz qalıb. Deyir ki, qızı da bu olanlara dözə bilməyib evdən qaçıb.


Artıq Tovuz rayon polis şöbəsində 28 yaşlı qadının axtarışlarına başlanıb. Qadının əlamətləri belədir: Boyu 155 sm, saçları sarı rəngdədir, gözlərinin rəngi qəhvəyi, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində göy rəngli cins şalvar, qırmızı rəngli köynək və qara rəngli ayaqqabı olub. 

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

Fuad Nazimoğlu, 
Mehdi Məmmədov,
APA TV Tovuz

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR