Tovuzda gənc oğlana hücum edən canavar onu yaralayıb
Tovuzda gənc oğlana canavar hücum edib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Əsirik kəndində, meşə yaxınlığında qeydə alınıb. 23 yaşlı Samir Əliyev meşənin kənarıyla evlərinə gedərkən meşədən çıxan canavar ona qəfil hücum edib.
Canavar dişləməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilən gəncə dərhal lazımi tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir. Samir Əliyev ilkin yardımdan sonra evə buraxılıb.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi