Tovuzda itkin düşən qız görün hardan tapıldı: Evlənmək üçün qaçıbmış

# 18:43
22 may 2023

Tovuz rayonun Aşağı Quşçu kənd sakini, 13 yaşlı yeniyetmə beş gündür ki, itkin düşüb.

Atası Mətləb Tağıyev danışmaq istəməsə də şifahi olaraq bildirdi ki, qız heç bir səbəb olmadan evdən çıxıb-gedib.

Onun ailəsi ilk dəfə bu gün qız barədə məlumat alıb.  

Yeniyetmə qızın babası və nənəsi isə bildirir ki, bu gün bir nəfər zəng edərək nəvəsinin sağ olduğunu və ailə quramaq üçün getdiyini bildirib.

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində yeniyetmənin yeri Xaçmaz rayonunda müəyyənləşdirilib. Tezliklə qız ailəsinə təhvil veriləcək.

Araşdırmalar davam etdirilir.

 

Fuad Nazimoğlu, Mehdi Rəşid, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR