Bank Of Baku

Tovuzda maşın aşdı – SÜRÜCÜ YARALANDI

# 18:29
25 may 2020

Tovuzda yağışlı hava qəzaya səbəb olub.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

 

Mirhüseyn Qasımov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirməsi nəticəsində avtomobil yoldan bir neçə metr kənara aşıb. Qəza zamanı sürücü yüngül xəsarət alıb, avtomobil isə yararsız hala düşüb.

 

İlkin ehtimala görə, qəzaya yağışlı hava səbəb olub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR