Tovuzda maşın aşıb, bir ailənin beş üzvü xəsarət alıb
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax magistral yolunun rayonun Aşağı Quşçu kəndindən keçən hissəsində qeydə alınıb.
APA TV xəbər verir ki, hərəkətdə olan "Hyundai Tucson" markalı minik maşını idarəetməni itirərək aşıb.
Hadisə nəticəsində maşında olan 5 nəfər xəsarət alıb. Xəsarət alanların hamısı bir ailənin üzvüdürlər.
Yaralılar dərhal Tovuz Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Hazırda xəstələrin vəziyyəti kafi qiymətləndirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU
Qarabağdakı abidələr hansı tarixi həqiqətləri yaşadır?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 284 sakin yurda döndü