Tovuzda məktəbli qız qaçırıldı: “Hazırda öz əlimizdədir”

# 19:29
11 may 2024

Tovuzda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. Hadisə Vahidli kəndində qeydə alınıb. Orta məktəbin 10-cu sinfində təhsil alan 16 yaşlı qız kursdan qayıdarkən 26 yaşlı Mətin Mustafayev tərəfindən qaçırılıb. Ailə hadisə ilə bağlı polisə müraciət edib. Müraciətdən sonra 16 yaşlı qız qaçırılan tərəfdən alınaraq ailəsinə təhvil verilib. Qız polisə verdiyi ifadəsində öz istəyi ilə qoşulub qaçdığını deyib. Bundan əlavə, həm rayon polis şöbəsinin rəisinin iştirakı ilə, həm də rayon prokurorluğunda valideynləri ilə görüşdürülüb. Hər iki görüşdə öz istəyi ilə qaçdığını bildirib. Araşdırma zamanı 10-cu sinif şagirdini kənd sakini Mətin Mustafayevin evlənmək məqsədi ilə qaçırdığı məlum olub. Məktəbli qız ailəsinə təhvil verilib, məsələnin nəzarətdə saxlanılması təmin olunub. Faktla bağlı araşdırmalar davam etdirilir. Fuad Nazimoğlu Elşad Cəfər APA TV TOVUZ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR