Tovuzda mina partladı: Yaralı var

# 13:07
27 may 2023

 

Bu gün saat 08 radələrində Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partlayışı baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan  bildirilib ki, kənd sakini 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun minaya düşməsi barədə Tovuz Rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumata görə dərhal polis əməkdaşları hadisə yerinə gələrək A.Ələsgərovu xəstəxanaya çatdırıblar. Onun sol ayağından xəsarət aldığı bildirilir. Hazırda xəstəxanada müalicəsi davam etdirilir. Abdulla Ələsgərov həmin əraziyə mal-qara otarmaq üçün getdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR