Tovuzda minik maşını aşdı, bir ölü, iki yaralı var
Tovuzda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb.
Belə ki, Azər Yusibovun idarə etdiyi “VAZ 21099” markalı avtomobil idarəetmədən çıxaraq, yol kənarına aşıb. Nəticədə sürücü və 2 sərnişin – 1999-cu il təvəllüdlü Toğrul Quliyevlə, onun həmyaşıdı İdris Əliyev xəsarət alaraq Tovuz Rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, Toğrul Quliyevin həyatını xilas etmək mümkün olmayıb. Digər yaralıların vəziyyətləri ağır qiymətləndirilir.
İlkin ehtimallara görə, qəzaya yüksək sürət səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu
APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi