Tovuzda oğlan lokomotivin altında qaldı

# 18:46
9 dekabr 2023

Tovuzda dəmir yol xəttini keçmək istəyən gənci qatar vurub. Hadisə rayonun Qovlar şəhəri ərazisində baş verib. Belə ki, lokomotiv Tovuz-Qovlar mənzilində hərəkətdə olarkən Tovuz rayon Hacıhəsənli kənd sakini 25 yaşlı Eldəniz Cəfərovu vurub. Məlumata görə gənc oğlan dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib. Maşinist qatarı təcili dayandırmağa çalışsa da, toqquşma qaçılmaz olub və həmin şəxs hadisə yerində ölüb. Məlumata görə Eldəniz Cəfərov Qovlarda kirayədə yaşayırmış. Onun yaxınlıqdakı avtoyuma məntəqəsində işlədiyi bildirilib. KM Faktla ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır. Fuad Nazimoğlu Elşad Cəfər APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR