Tovuzda oğurluğa gedən şəxs necə öldü? - TƏFƏRRÜATLAR

# 14:27
2 may 2022

Tovuzda cərəyan vuran şəxslə bağlı bəzi təfərrüatlar məlum olub.

 

APA TV-nin xəbərinə görə, rayonun Əyyublu kəndində baş verən hadisə zamanı Yasin İbrahimov dostları ilə kənd ərazisində artezian quyularının birində elektrik paylayıcısından naqil kəsmək istəyən zaman onu cərəyan vurub. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.

 

Polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisənin digər iki iştirakçısı şübhəli şəxs qismində saxlanılıb. 

 

Faktla bağlı araşdırma aparılır.

 

Yeri gəlmişkən qeyd edək ki. Yasin İbrahimov ailəli olub, dörd övladı var.

 

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR