Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub

# 09:27
29 aprel 2024

 

Tovuzda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib. Hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb. Bakıdan Qazaxa gələn sərnişin avtobusu rayonun Abulbəyli kənd sakini 30 yaşlı Rəfa Nağıyevanı vurub. Qadın ağır bədən xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, reanimiasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq 30 yaşlı qadın xəstəxanada dünyasını dəyişib. Məlumata görə, qadın hadisə vaxtı sərxoş olub. Faktla bağlı araşdırma aparılır Fuad Nazimoğlu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR