Tovuzda qəza baş verdi, bir nəfər həyatını itirdi

# 12:44
3 fevral 2022

Tovuzda yol nəqliyyat hadisəsi baş verib. 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Bakı Qazax magistral yolunun rayonun Əyyublu kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 50 yaşlı Vüqar Əliyev  xəstəxanada vəfat edib. Digər Yaralılar 70 yaşlı Səmayə Əhmədova  və 58 yaşlı Elmar Həsənovdur. Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV, TOVUZ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR