Tovuzda qəzada bir nəfər ölüb, 5 nəfər yaralanıb
Tovuzda ölümnən nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun girişində, "ASAN Xidmət"in qabağında qeydə alınıb. Qəza nəticəsində bir nəfər ölüb, 5 nəfər yaralanıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, "Prado" ilə "Mercedec"in toqquşması nəticəsində ölən rayonun Kirən kənd sakini, 1996-cı il təvəllüdlü Cəfərov Samir Elman oğludur.
Qəza zamanı Kirən kənd sakinləri – 1999-cu il təvəllüdlü Səməndərov Yasin Afiq oğlu, 1986-cı il təvəllüdlü Rzayev Muxtar Kamandar oğlu, 1997-ci il təvəllüdlü Əyyubov Anar Mahir oğlu, 1989-cu il təvəllüdlü Cəfərov Samir Fərmail oğlu, 1995-ci il təvəllüdlü Nərimanov Sərxan Mahir oğlu xəsarət alıb. Yaralılardan Əyyubov Anar Mahir oğlunun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV Tovuz
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq