Tovuzda yanğın hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Sözügedən ünvanda yerləşən Elburus Həsənova məxsus avtomobil təmiri sexində anidən yanğın olub.
Ümumi sahəsi 200 kvadratmetr olan avtomobil təmiri sexinin yanar konstruksiyaları 110 kvadratmetr sahədə, eləcə də içəridə təmirə dayanan “Ford” və “Renault” markalı avtomobillər yanıb.
Hadisə yerinə FHN-nin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib