Tovuzda zəncirvari qəza, yaralananlar var
Tovuzda yol qəzası baş verib.
Hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. Yer altı keçidlə hərəkətdə olan "VAZ-2106", "VAZ -21099" və “Toyota Camry" markalı minik maşınları toqquşub.
Hadisə nəticəsində iki nəfər rayon sakinləri - 47 yaşlı Mehriban Alıyeva və 35 yaşlı Vasif Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırıblar. Xəstələrə ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu