Tovuzun sərhəd kəndlərində ermənilərin atdığı mərmi qalıqları aşkarlanıb
Tovuz rayonunun Dondar Quşçu, Ağdam və Vahidli kəndlərinin ərazisində top mərmisinin qalıqları tapılıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) APA TV-yə verilən xəbərə görə, kəndlərin ərazisinə mərminin düşməsi barədə məlumat Daxili İşlər Nazirliyinin “102″ Xidməti-Zəng mərkəzi sistemindən daxil olub.
Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib, 4 ev və həyətyanı sahəyə baxış keçirilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış və partlamış 122 mm-lik top mərmilərinin (OF-56-1) qalıqları aşkar olunub, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Partlamış mərmilərin ətrafında 470 kv.m əraziyə yerüstü, 8 kv. m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi