Toy mərasimi dayandırıldı – KARANTİN QAYDALARINI POZDUQLARINA GÖRƏ
Balakəndə şəhər ərazisində yerləşən “El-Pera” restoranında xüsusi karantin rejimi qaydalarına zidd olaraq toy mərasiminin keçirildiyi aşkarlanıb.
APATV-nin məlumata görə, polis əməkdaşları tərəfindən 50 nəfərə yaxın qonağın iştirakı ilə keçirilən toy məclisi dayandırılıb.
Sanitar-karantin qaydalarını pozan restoranın sahibi, xidmət personalı, mərasim təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Ölkə ərazisində elan edilən xüsusi karantin rejimi qaydalarına riayət etmələrinin vacibliyi onların diqqətinə çatdırılıb. Həmçinin, barəsində protokol tərtib olunan obyekt sahibi Rauf Muradova ciddi xəbərdarlıq edilib.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik