Toyda mahnıya görə dava düşdü

# 17:41
6 iyun 2022

Gəncədə toyda bıçaqlanma hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Atabəylər prospektində yerləşən şadlıq saraylarından birində qeydə alınıb. Bir neçə dəfə musiqi sifarişi icra olunmayan İmişli rayon sakini Rüfət Həsənzadə ilə qohumu Samux rayon sakini Namiq Məmmədov arasında düşən mübahisə zamanı tərəflər bıçağa əl atıb.

Hadisə zamanı dalaşanları ayırmaq istəyən Rüfət Həsənzadənin bacısı, Rəna İslamlı və onun həyat yoldaşı Şəfaət İslamlı da bıçaq xəsarətləri alıblar.

Bıçaqlanma zamanı Şəfaət İslamlı, həyat yoldaşı 33 yaşlı Rəna İslamlı və Namiq Məmmədov adlı şəxs bıçaq xəsarətləri alıb. Yaxınlıqdakıların köməyi ilə dərhal xəstəxanaya yerləşdirilən yaralılara tibbi yardım göstərilib, vəziyyətləri qənaətbəxşdir.

Digər xəsarət alan şəxsin müalicəsi isə özəl xəstəxanalardan birində davam etdirilir. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, artıq faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb və hadisəni törətməkdə şübhəli bilinən Rüfət Həsənzadə saxlanılıb.

Hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.

 

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Gəncə

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR