Toylarda yalnız bu şərtlərlə oynamağa icazə veriləcək
Toylarda insanların masalardan uzaqlaşıb cəmləşərək rəqs etməsinə icazə verilib-verilməyəcəyinə aydınlıq gətirilib.
APA TV xəbər verir ki, ictimai iaşə müəssələrinin fəaliyyət göstərməsi ilə bağlı müəyyən olunmuş metodiki göstərişlərdə toylarda rəqs etməyə müəyyən şərtlərlə icazə verilir.
Belə ki, 50 nəfərədək qonaqlarla keçirilən toy mərasimlərində vətəndaşlar masadan uzaqlaşarkən maska taxmalıdırlar. Buna görə də bu şənliklərdə rəqs edərkən maska taxmaq məcburidir. Lakin 50 nəfərdən 150 nəfərədək toylarda iştiraka COVID-19 pasportu ilə icazə verilir və bu məclislərdə maska taxmaq tələb olunmur.
Bundan başqa, məhdudiyyət qoyulan 50 və 150 nəfərədək saya musiqiçilər, müğənni, tamada və ya restoranın işçi kollektivi daxil deyil. Müəyyən edilən say yalnız qonaqlara, toy iştirakçılarına aiddir.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi