Traktorun vurduğu piyada ÖLDÜ
Salyanda traktor 54 yaşlı kişini vuraraq öldürüb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Bəydili kəndi ərazisində qeydə alınıb. Belə ki, Sarvan kənd sakini, 1968-ci il təvəllüdlü Azad Qasımov axşam saatlarında işdən evə qayıdarkən 32 yaşlı Pərviz Əliyev idarə etdiyi traktorla onu vurub. Qəza zamanı Azad Qasımov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi