Tural Gəncəliyev xankəndlilərin məktəb problemindən danışdı

# 12:53
14 dekabr 2021

Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin bu gün keçirilən plenar iclasında xankəndlilərin məktəb problemindən danışdı.

 

Deputat qeyd etdi ki, o, seçicilərini narahat edən əsas məsələlərdən biri barədə müraciət edir. T.Gəncəliyev xankəndlililərin Bakıdakı Nizami Gəncəvi adına 4 saylı orta məktəbdə fəaliyyət göstərdiyini xatırladaraq, bu istiqamətdə addımların atılmasını istədi: “Bu məktəbin fəaliyyəti 2013-cu ildə bərpa edilib. Bu gün şagirdlərin sayı 1400 nəfəri keçib. Məktəbdə yaranan sıxlığa görə xankəndililər daha uzaq məsafəyə getməyə məcbur olurlar. Bu səbəbdən də xahiş edirik ki, əhalinin böyük qayıdış prosesi başlayana qədər modul tipli məktəb tikilsin”.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR