“TurAz Qartalı - 2022” təlimində döyüş təyyarələri ilə uçuşlar edilib
“TurAz Qartalı - 2022” birgə taktiki-uçuş təlimində döyüş təyyarələri ilə ətrafı tanıma uçuşları icra edilib. Müdafiə Nazirliyindən (MN) APA-ya verilən məlumata görə, sonra təlimin planına uyğun olaraq əməliyyat uçuşları yerinə yetirilib. Uçuşlardan öncə əməliyyatın planı, hava şəraiti və digər texniki məsələlərlə bağlı brifinq təqdim edilib. Plana əsasən radioelektron mübarizə (REM) vasitələrindən istifadə edərək aldadıcı manevrlərlə şərti düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınmaq və təyin olunan yerüstü hədəflərin məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirilib. Yüksək peşəkarlıq nümayiş etdirən Azərbaycan və Türkiyənin hərbi pilotları qarşıya qoyulan tapşırıqları uğurla icra ediblər.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı