Türk dövlətləri qüvvələri "Bakı 2023"də iştirak etdi - APA TV

# 00:02
8 sentyabr 2023

Əvvəlcə, təlimdə iştirak edən xilasetmə qurumlarının texnika və avadanlıqlarına baxış keçirilib. 

 

Təlimi Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, TDT-nin baş katibi Kubanıçbek Ömüraliyev və digər rəsmi şəxslər izləyiblər.

 

Təlimin praktiki hissəsində şərti hadisə ilə əlaqədar Azərbaycan Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə dərhal axtarış-xilasetmə, zəlzələ nəticəsində yaranmış yanğınların söndürülməsi və digər zəruri təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb. 

 

Daha sonra Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müvafiq qurumlarının qüvvələri hadisə bölgəsinə göndərilib və yerli qurumlarla birgə zəlzələnin nəticələrinin aradan qaldırılması əməliyyatı icra olunub. Uğurla reallaşdırılan təlimdə qarşıya qoyulan məqsədlərə nail olunub.

 

Sonda FHN-nin Aviasiya dəstəsinin və Türkiyə Respublikasının təlimdə iştirak edən helikopterlərinin paradı keçirilib.

 

Qeyd edək ki, “Bakı 2023” beynəlxalq təlimi irimiqyaslı fövqəladə hallar zamanı Türk Dövlətləri Təşkilatına üzv ölkələrin fövqəladə halların idarə edilməsinə cavabdeh qurumlarının xilasetmə qüvvə və vasitələrinin birgə fəaliyyət mexanizminin həyata keçirilməsi, real imkanlarının müəyyən edilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi və bununla bağlı qərargahların əməliyyat hazırlığının yüksəldilməsi, irimiqyaslı fövqəladə hadisələr zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması, qarşılıqlı fəaliyyət və hərtərəfli təminatın təşkili məqsədilə keçirilib. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR