Türk dövlətlərinin fövqəladə hallar nazirləri Bakıda toplaşdı

# 16:51
7 sentyabr 2023

 Bakı Konqres Mərkəzində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin İkinci İclası keçirilib. İclas təşkilata üzv ölkələrin fövqəladə halların idarə edilməsi üzrə cavabdeh qurumlar arasında mövcud əlaqələrin inkişaf etdirilməsi, fövqəladə hallar zamanı birgə və koordinasiyalı fəaliyyətin təşkilinə nail olunması məsələlərinin müzakirəsi və təşkilat çərçivəsində Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Saziş layihəsinin müzakirəsi məqsədilə təşkil olunub. Tədbirdə Azərbaycan Respublikasının Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyev, Türkiyə Respublikasının Daxili işlər naziri Əli Yerlikaya, Qazaxıstan Respublikasının Fövqəladə hallar naziri, general-mayor Sırım Şaripxanov, Özbəkistan Respublikasının Fövqəladə hallar naziri, general-mayor Abdulla Kuldaşev, Qırğız Respublikasının Fövqəladə hallar naziri Boobek Ajikeev, Şimali Kipr Türk Respublikasının daxili işlər naziri Dursun Oğuz iştirak edib. İclası açıq elan edən Azərbaycan Respublikasının Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tədbirin təşkilata üzv və müşahidəçi ölkələrin fövqəladə halların idarə edilməsi üzrə müvafiq dövlət qurumları arasında faydalı əməkdaşlığa yeni təkan verəcəyinə əminliyini ifadə edib. Nazir türk dövlətləri liderlərinin uzaqgörənliyi və siyasi iradəsi sayəsində ölkələrimiz arasında hərtərəfli münasibətlərin ildən-ilə sürətlə genişləndiyini bildirib. Sonra çıxış edən Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömürəliyev fövqəladə hallar zamanı türk dövlətlərinin birlikdə fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb. Tədbirdə çıxış edən Türkiyənin daxili işlər naziri Əli Yerlikaya ölkəsində baş verən zəlzələ zamanı türk dövlətlərinin yardıma gəlməsindən danışıb. Çıxışlardan sonra Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclasının bəyannaməsi imzalanıb. Sonda tədbir iştirakçıları birgə xatirə şəkli çəkdirib. ORXAN ASLAN FARİZ QULUYEV APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR