Türk Şurasına üzv dövlətlərin nümayəndə heyətləri Ağdama səfər ediblər

# 15:50
11 aprel 2021

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin nümayəndə heyətlərinin Ağdama səfəri olub.

APA TV-nin məlumatına görə, səfərdə Türk Şurasına üzv dövlətlərin informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmiləri iştirak ediblər.

Nümayəndə heyətləri Ağdam şəhər Cümə məscidini, İmarət qəbiristanlığını, Şəhidlər xiyabanını və Xurşudbanu Nətavanın qəbrini ziyarət ediblər.

Qonaqlar ermənilərin qəbiristanlıqda törətdiyi vandallığı öz gözləri ilə görüblər. 

Ağdamda səfərdə olan Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xojayev deyib ki, Azərbaycan hazırda inkişafının yeni mərhələsinə qədəm qoyub:

“Bu, işğaldan azad edilən ərazilərin yenidən qurulması və inkişafı ilə bağlıdır. İnsanlar tədricən bu ərazilərə qayıdacaqlar. Çünki burada infrastruktur, evlər, hər şey dağıdılıb. Bütün dünya, beynəlxalq ictimaiyyət buna diqqət yönəltməlidir. Türk Şurasına üzv ölkələr də işğaldan azad olunmuş ərazilərin bərpasında aktiv iştirak edəcək. Özbəkistan bu ərazilərin bərpası üçün öz köməyini təklif edib. Biz hazırda mütəxəssislərlə birgə bərpasında iştirak edəcəyimiz obyektləri müəyyənləşdiririk. Bizim inşaatçılar bu ərazilərdə obyektlərin bərpasında iştirak edəcək. Məndə olan məlumata görə, Özbəkistan bir məktəbi təmənnasız bərpa edərək Azərbaycan xalqına hədiyyə edəcək. Hazırda Özbəkistan inşaatçıları tərəfindən bərpa ediləcək obyektlərin siyahısı dəqiqləşdirilir. Ən əsası Dağlıq Qarabağa sülh gəlib”.

Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun Ağdam Cümə məscidini ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında deyib ki, Ağdam şəhəri daxil olmaqla Azərbaycanın işğaldan azad edilən digər ərazilərində olan mədəniyyət abidləri, mədəniyyət tariximiz məhv edilib.

Fəxrəddin Altun bildirib ki, buna göz yumulmamalıdır və UNESCO artıq ikili standartları kənara qoyub, bu mədəni xəzinəyə qarşı vandallıq həyata keçirən ermənilərin iç üzlərini rəsmən görməlidir.

Türk Şurasına üzv dövlətlərin nümayəndə heyətlərinin üzvləri Ağdam şəhər Cümə məscidini ziyarət ediblər.

Nümayəndə heyətlərinin üzvləri ermənilərin məsciddə törətdikləri vandallığın şahidi olublar.  

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR