Türkiyə Azərbaycanla qaz müqaviləsini uzatmaq niyyətindədir
“Bizim əsas təchizatçılarımız Rusiya, Azərbaycan və İrandır. Biz onlarla müqavilələri uzatmaq niyyətindəyik”.
APA xəbər verir ki, bunu Türkiyənin energetika naziri Fatih Dönməz bildirib.
O bildirib ki, ölkəsi bununla enerji ehtiyacını ödəyəcək.
Xatırladaq ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan iyulun 19-da Tehranda keçirilən danışıqlarda qaz sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib