Türkiyə Bolqarıstanla razılaşdı, Azərbaycan da qazanan tərəfdir

# 18:55
14 aprel 2023

Türkiyə və Bolqarıstan aprelin sonunda Macarıstan, Rumıniya və Slovakiya ilə Azərbaycandan Avropaya təbii qaz nəqlinin həcmini artıracaq sazişlər imzalamağı planlaşdırır.

Hazırda Bolqarıstan öz tələbatının üçdə biri qədərini Azərbaycandan boru kəməri ilə ötürülən qaz hesabına ödəyir. Bu qaz tutumu ildə 3 milyard kubmetr olan Yunanıstan-Bolqarıstan interkonnektoru ilə tədarük olunur.

Qeyd edək ki, Türkiyə Bolqarıstanla 13 illik enerji müqaviləsi çərçivəsində bu ölkəyə ilk təbii qaz partiyasını həyata keçirib.

İqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, Azərbaycanın “Cənub qaz dəhlizi” layihəsi Türkiyədə yeni imkanların yaranmasına səbəb olub. Türkiyə Azərbaycandan əldə etdiyi qazla və Qaradənizdə tapılan yeni yataqlarla mavi yanacaq sahəsində həm istehsalçı, həm də istehlakçı olaraq ticarət mərkəzinə çevrilmək üzrədir.

Ekspert qeyd edib ki, cari il ərzində Azərbaycanın dünya bazarına 24,5 milyard kubmetr qaz ixrac etməsi gözlənilir.

 

İqtisadçı ekspert Xalid Kərimli isə bildirib ki, Türkiyənin qaz idxalı Azərbaycan, Rusiya və İran üzərindən həyata keçilir. TANAP layihəsi Türkiyənin Azərbaycandan həm əlverişli qiymətlərlə qaz almasına imkan verir, həm də konyukturadan asılı olmayaraq, Azərbaycan etibarlı partnyor kimi stabil təchizatçı rolunda çıxış edir.

 

Ekspert qeyd edib ki, Rusiya qazının satılması üçün Türkiyənin xaba çevrilməsi strateji məsələdir.

 

Onun sözlərinə görə, Türkiyənin Azərbaycan, Rusiya və İrandan aldığı qazı Avropaya satması Türkiyəyə həm əlavə gəlir əldə etmə şansı verəcək, həm də enerji təhlükəsizliyində mühüm rol oynayacaq. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR